REGİONLAR
Füzulidə “Yaddaş” tamaşası nümayiş olunub
Füzuli, 17 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında Akif Həsənoğlunun "Yaddaş" tamaşası nümayiş olunub. Tədbirdə Füzuli Dövlət Dram Teatrının rəhbərliyi və əməkdaşları, Horadiz şəhər 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Füzulinin işğaldan azad olunması, Füzuli əməliyyatı və azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri haqqında danışıblar.
Quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə olan tamaşanın səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa ediblər.