CƏMİYYƏT


GÜRCÜSTANIN SABİQ PREZİDENTİNİN KÜRƏKƏNİ DİNDİRİLİR

AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin kürəkəni, “Maqti” mobil telefon şirkətinin sahibi Giya Coxtaberidze yanvarın 26-da axşam ölkə Baş prokurorluğunun istintaq idarəsinə çağırılaraq, beş saat burada dindirilmişdir. İdarə rəisinin müavini Paata Cavelidze demişdir ki, G.Coxtaberidze konkret işlə bağlı prokurorluğa gətirilmişdir və şahid qismində dindirilir.

Baş prokuror İrakli Okruaşvili isə bildirmişdir ki, prokurorluq ölkənin rabitə sistemində əvvəllər yol verilmiş cinayət halları ilə bağlı qaldırılmış istintaq işini təzələmişdir və onların əlində “Maqtikom” məhdud məsuliyyətli müəssisəsində yol verilən maliyyə fırıldaqları, “Maqtikom”un mülkiyyətinin qanuni olmaması barədə ciddi dəlillər var.

Xatırladaq ki, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra “Maqti” şirkətinin Tbilisidəki iki ofisində partlayış törədilmiş, Giya Coxtaberidzenin yaşadığı binanın girişində partlayıcı maddə tapılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.