İDMAN
GÜRCÜSTAN YIĞMA KOMANDASININ BAŞ MƏŞQÇİSİ İSTEFA VERMİŞDİR
Gürcüstan Futbol Federasiyası (GFF) rəhbərliyinin aprel qərarına uyğun olaraq, Şuşak yığma komandaya Avropa çempionatının iki seçmə görüşündə - aprelin 30-da rusiyalılarla və iyunun 11-də irlandiyalılarla oyunlarda başçılıq etmişdir. Federasiya Şuşakla müqaviləni albanlarla (sentyabr) və rusiyalılarla (oktyabr) növbəti iki görüş üçün də uzatmaq niyyətində idi. Lakin onun son iki mövsümdə məşqçilik etdiyi Tbilisinin “Dinamo” komandasının rəhbərliyi buna razılıq verməmiş və bildirmişdir ki, “Şuşak bütün diqqət və qüvvəsini bu klubdakı işinə yönəltməlidir”. Şuşak yığma komandada pulsuz işləməyə də razıdır, amma GFF rəhbərliyi məşqçiyə layiqli maaş vermədən vəzifədə saxlamağı özünə rəva görməmişdir.
Gürcüstan mətbuatının yazdığına görə, yığma komandanın baş məşqçisi vəzifəsinə namizədlərdən biri də “Dinamo” (Tbilisi) və “Köln” (Almaniya) klublarının keçmiş oyunçusu, hazırda gənclərdən ibarət yığma komandanın və “Lokomotiv”in (Tbilisi) məşqçisi 35 yaşlı Revaz Arveladzedir.