REGİONLAR


Gədəbəydə süfrə suları istehsalı müəssisələri tikilir

Gədəbəy, 18 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gədəbəy rayonunda tikilən süfrə suları istehsal müəssisələrində 72 nəfər işlə təmin ediləcək.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Gədəbəydə rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 2 milyon 400 min manat investisiya cəlb edilib. Gədəbəy şəhərində illik istehsal gücü 5 min ton olan çörək bişirmə müəssisəsi fəaliyyətə başlayıb.

Hazırda rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikintisi aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.