SİYASƏT


Gələcəyin mediası: Feyk xəbərlərin qarşısını yalnız ciddi informasiya agentlikləri və media qurumları ala bilər

Varşavada keçirilən beynəlxalq konfransda dezinformasiya problemi və medianın transformasiyası müzakirə edilib

Varşava, 30 iyun, AZƏRTAC

Polşanın PAP xəbər agentliyinin təşkilatçılığı ilə Varşavada "Gələcəyin mediası" beynəlxalq konfransı keçirilib. Konfransda müharibə və dezinformasiya, medianın transformasiyası kimi aktual məsələlər müzakirə olunub.

AZƏRTAC-ın konfransa dəvət olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə Avropanın aparıcı xəbər agentlikləri və media qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

PAP agentliyinin prezidenti Voyçeç Surmaçın sözlərinə görə, hazırda Avropa informasiya məkanında artmaqda olan dezinformasiya əsasən Rusiya-Ukrayna müharibəsindən qaynaqlanır. "Bu, informasiya mühitinə mənfi təsir göstərməklə yanaşı, hadisələrin axarına, insan talelərinə də dağıdıcı təsir edir", - deyə o bildirib.

Konfransda çıxış edən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin icraçı direktoru Klemens Piq, France Press agentliyinin prezidenti Fabris Fris, Thomson Foundation şirkətinin icraçı direktoru Karo Kriel, EANA-nın baş katibi Aleksandru Giboi və digərləri qeyd ediblər ki, dezinformasiya sosial mediada özünə çox sayda oxucu tapa bilir, çünki yanlış məlumatları sosial platformalar vasitəsilə yaymaq daha asandır. Çıxışçıların fikrincə, yanlış informasiyanın qarşısını yalnız ciddi xəbər agentlikləri və media qurumları ala bilər.

Müzakirələrdə, həmçinin medianın transformasiyası, yeni tendensiyalar, süni intellektin tətbiqi məsələləri diqqət mərkəzində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.