CƏMİYYƏT


“Gənc Beyin” layihəsi Bakı və region gənclərini bir araya gətirir

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Gənc Beyin” layihəsi reallaşdırılır.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, “ASAN Könüllüsü” Həsənxan Həsənxanlının rəhbəri olduğu layihənin əsas məqsədi gənclərdə özünəinam hissinin, liderlik xüsusiyyətlərinin formalaşdırılması, nitq qabiliyyətlərinin inkişafı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir. Gənclər arasında psixoloji gərginliyi nəzərə alaraq layihə çərçivəsində gənclərimizin psixi sağlamlığının qorunması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə yönəlmiş psixoloji təlimlər də keçiriləcək. Layihə Bakı və regionlarda yaşayan gəncləri əhatə edəcək, bir çox fərqli mövzularda təlim və seminarlar təşkil olunacaq.

Artıq Bakı və Gəncə şəhərlərində, həmçinin Masallı rayonunda iştirakçılarla görüşlər keçirilib. İlk təlim Bakı şəhərində reallaşıb. Təlimçi Atəş Musazadə tərəfindən “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzuları üzrə təlimlər təşkil olunub. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

Sonda layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.