ELM VƏ TƏHSİL


Gənc Riyaziyyatçılar Məktəbi müsabiqə keçirəcək

Bakı, 14 sentyabr, AZƏRTAC

Gənc Riyaziyyatçılar Məktəbinə dinləyicilərin cəlb edilməsi üçün oktyabr ayında müxtəlif yaş qrupları üzrə (IV-V, VI-VII, VIII-IX, X-XI siniflər) müsabiqələr keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutundan (RMİ) AZƏRTAC-a bildiriblər ki, müsabiqə haqqında əlavə məlumat bu elm müəssisəsinin veb səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayından başlayaraq institutda Gənc Riyaziyyatçılar Məktəbi fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamları RMİ-nin mütəxəssisləri məktəblilər və müəllimlər üçün elementar riyaziyyatın əlavə fəsilləri və mövzuları üzrə müxtəlif mühazirələr oxuyub, seminarlar keçiblər.

Kursların keçirilməsində məqsəd məktəblilərdə riyaziyyata marağın artırılması, xüsusi istedadlı şagirdlərin üzə çıxarılması, onların riyazi və elmi bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.