MƏDƏNİYYƏT


Gənc pianoçunun ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində gənc pianoçu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva geniş konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə gənc ifaçı V.A.Motsart, F.Şopen, Q.Qarayev və S.Prokofyevin əsərlərini səsləndirib.

Konsert böyük maraqla dinlənilib.

Qeyd edək ki, Bakı şəhərində anadan olan Vüsalə Babayeva Ü.Hacıbəyli adına Bakı

Musiqi Akademiyasının fortepiano fakültəsini bitirib. Hazırda magistr pilləsi üzrə təhsilini davam etdirir.

Pianoçu bir çox respublika və beynəlxalq müsabiqələrin laureatıdır. 2011-ci ildə Bolqarıstanda keçirilən XVI Beynəlxalq "Ümidlər, istedadlar, ustadlar" müsabiqəsində I yerə, 2016-cı ildə Estoniyada keçirilən VII Beynəlxalq "Baltik ulduzları" müsabiqəsində II

yerə, 2017-ci ildə Almaniyada keçirilən VII Beynəlxalq “Musical fireworks in Baden-Wurttemberg” adlı müsabiqədə I yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.