ELM VƏ TƏHSİL


Gənc tədqiqatçılar üçün təqaüd proqramı elan edilib

Bakı, 13 fevral, AZƏRTAC 

Avropaya Qonşu Ölkələrin (European Neighbouring Countries) gənc tədqiqatçıları üçün təqaüd proqramı elan edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, proqram gənc mütəxəssislərə tədqiqat məqsədilə Avropada yüksək beynəlxalq standartlara malik çoxistiqamətli universitetlər şəbəkəsinin (“Coimbra” Qrupu) ali məktəblərinə qısamüddətli ezamiyyət imkanı yaradır.

Təqaüd “Coimbra” Qrupunun üzvləri olan universitetlər tərəfindən maliyyələşdiriləcək.

Proqrama qoşulmaq istəyən gənc tədqiqatçılar martın 31-dək müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.