CƏMİYYƏT


Gəncədə evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 17 fevral, AZƏRTAC

Cari ay ərzində Gəncə şəhəri ərazisində bir neçə evdən oğurluq edən şəxslər Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalarla şəhər sakinləri, əvvəllər məhkum olunmuş Arzu Kərimovun və Mehdi Mahmudovun vətəndaşlara məxsus mənzillərə daxil olaraq, müxtəlif məbləğlərdə məişət və tikinti əşyalarını oğurladıqları müəyyən edilib.

Hər iki şəxs və maddi sübutlar istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.