CƏMİYYƏT
Gəncədə şüa diaqnostikası həkimləri üçün səyyar distant kurs təşkil edilib
Bakı, 4 fevral, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şüa diaqnostikası kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Gəncə şəhəri Müalicə Diaqnostika Mərkəzində şüa diaqnostikası həkimləri üçün “Şüa diaqnostikası (modul 3-4)” səyyar-distant kurs keçirib. Kursda Gəncə şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı yaxın bölgələrdən olan həkim-radioloqlar da iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kursun əsas məqsədi müdavimləri şüa diaqnostikasının aktual məsələləri ilə tanış etmək, onların döş qəfəsi orqanları və ürək damar sisteminin xəstəliklərinin erkən diaqnostikasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsndən ibarət olub.
Dərslərdə, eyni zamanda, patoloji hamiləlik, şəkərli diabetli analarda fetal EXO müayinəsi ilə qarşıya çıxan problemləri vaxtında aşkar edib patologiyanın həlli yolları araşdırılıb.
Dərsləri Həkimləri Təkmilləşdirmə İnstitutu şüa diaqnostikası kafedrasının müdiri, dosent Fəridə Nəsirovanın rəhbərliyi ilə kafedranın əməkdaşları aparıblar.