Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncənin ilk ixtisaslı memar-mühəndisi - Abuzər bəy Rzayev

Gəncə, 20 mart, Rauf Hacıyev, AZƏRTAC

Qədim Gəncənin məhəllələrini gəzdikcə, göylərə boy verən Xan çinarların altında durub bu şəhərin qırmızı kərpicli, incə naxışlı imarətlərinə, mülklərinə baxdıqca insanı bir sual düşündürür. Görəsən bu cür möhtəşəm binaların memarı kimdir?

Çoxları bilmir ki, şəhərin məhəllələrini, küçələrini bəzəyən ən yaraşıqlı tarixi memarlıq tikililərinin müəllifi Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. Təəssüflər olsun ki, bu cür görkəmli memarın həyatı, ictimai-siyasi fəaliyyəti və müəllifi olduğu inzibati və yaşayış binaları haqqında bu vaxta qədər heç bir ciddi tarixi araşdırma aparılmayıb.

Memar haqqında yazılan iki kitabdakı çox kiçik məlumat və bir publisist yazı isə oxucularda bu böyük şəxsiyyət haqqında nəinki dolğun fikir yaratmır, hətta buradakı faktların biri digərini inkar edir. Həmin kitablarda Abuzər bəy Rzayevin doğum və ölüm tarixi ilə bağlı ayrı-ayrı illər göstərilir. Həmçinin memarın valideynləri, təhsili, ictimai-siyasi fəaliyyəti və ölümü ilə bağlı da ziddiyyətli faktlara rast gəlinir.

Abuzər bəy Əsgər bəy oğlu Rzayev 1876-cı ildə Gəncə şəhərində anadan olub. Abuzər bəy həm də görkəmli Rəfibəylilər nəslinin nümayəndəsidir. Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. Abuzər bəy 1894-cü ildə Tiflis realnı məktəbini, 1899-cu ildə isə Moskva texniki məktəbini bitirib. Elə həmin ildən də Azərbaycan milyonçuları Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra isə mədən müdiri işləyib. Neft sənayesindəki böhranla əlaqədar olaraq Abuzər bəy 1909-cu ildə Gəncəyə köçüb və bir müddətdən sonra şəhər idarəsi başçısının (şəhər qlavası) müavini seçilib, şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərib. Gəncədə yaşayıb işlədiyi müddətdə gənc mühəndis inzibati və yaşayış binalarının layihələndirilməsində, şəhərin mərkəzi hissəsindəki evlərin planauyğun tikilməsində müstəsna xidmətlər göstərib. Məhz Abuzər bəyin rəhbərliyi ilə Avropasayağı inzibati və yaşayış binalarının tikildiyi illəri Gəncədə memarlığın çiçəklənmə dövrü də adlandırmaq olar. Bu gün də Gəncə şəhərinin ümumi görünüşünə gözəllik bəxş edən bir-birindən yaraşıqlı binaların möhkəmliyinə və onların gözəlliyinə heyran qalmamaq mümkün deyil.

Abuzər bəy Rzayevin ictimai-siyasi fəaliyyəti də çoxşaxəli və zəngin olub. O, 1906-cı il iyunun 30-da yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təftiş komissiyasının üzvü olmaqla bərabər, ayda beş manat ödəməklə cəmiyyətin həqiqi üzvü seçilmişdir. Gənc mühəndis 1917-ci il fevral inqilabından sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib. Abuzər bəy, həm də Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olub. O, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una (1918, 19 noyabr) əsasən Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilib və burada “Bitərəflər” fraksiyası dağılana qədər həmin fraksiyanı təmsil edib. Eyni zamanda, maliyyə-büdcə komissiyasının üzvü, sonralar isə sədri olub.

Elmli və maarifpərvər insan olan Abuzər bəy Rzayev Gəncəbasarın, İrəvan və Tiflisin, eləcə də Bakının demokratik fikirli ziyalıları ilə hər zaman yaxından əlaqə saxlayıb. Hacı Zeynalabdin Tağıyevlə yaxın dostluq edən Abuzər bəy 1916-cı ildə onun məsləhəti ilə Bakıya köçüb və bir müddət orada yaşayıb. Hacı Zeynalabdin Tağıyev isə hər dəfə Gəncəyə gələndə yalnız onun evində qonaq qalıb.

1920-ci il bolşeviklərin aprel işğalından sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdiri işləyən Abuzər bəy elə həmin il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilib və güllələnib.

Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdlü yeganə qız övladı olan Züleyxa xanım Tibb İnstituna daxil olsa da, IV kursdan təhsilini yarımçıq qoymağa məcbur olub.

İndi Abuzər bəydən Gəncəyə yadigar qalan vaxtilə onun layihələndirdiyi və müəllifi olduğu bir-birindən yaraşıqlı çoxlu sayda inzibati və yaşayış binalarıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur