İDMAN
Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinin qalibi Ömər Cavadov olub
Bakı, 13 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir.
AZƏRTAC xəbər verir ki, kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 56 kiloqrama qədər olan atletlər çıxıb. Toplam 203 kiloqram (93+110) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini arxada qoyub. İkinci yeri 191 kiloqram (86+105) nəticə ilə İsmayıl Məmmədov, üçüncü yeri isə 181 kiloqram (80+101) nəticə ilə Rusif Əhmədov tutub.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.