CƏMİYYƏT
Gənclər layihə menecmenti sahəsində nəzəri və praktiki biliklərə yiyələniblər
Bakı, 29 dekabr, AZƏRTAC
Gənclərin menecment sahəsində biliklərinin artırılması, onların bu sahədə fəal iştirakını təmin etmək məqsədilə reallaşdırılan “Menecer” layihəsi çərçivəsində 6 təlim həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, iştirakçılar təlimlərdə layihə menecmenti sahəsində nəzəri və praktiki biliklərə yiyələniblər. Belə ki, gənclər təlimlərdə öyrənilən nəzəri metodlar, modellər və analizlər əsasında öz ideyalarını formalaşdırıb, onların əsasında layihələr yazıblar. Layihələrin komanda şəklində hazırlanması, gənclərin komanda işi biliklərinin formalaşmasına imkan verir. Təlimlərin sonunda iştirakçılar imtahanda iştirak ediblər.
Növbəti mərhələdə iştirakçılar tərəfindən hazırlanan layihələr münsiflər heyəti və auditoriya qarşısında təqdim olunacaq. Ən rentabelli hesab olunan layihələrin həyata keçirilməsinə dəstək veriləcək.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.