CƏMİYYƏT


Gənclər və İdman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov oktyabrın 18-də Şirvan şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Şirvan şəhərinin və Hacıqabul rayonunun sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan şəhər (055 333-40-04) və Hacıqabul rayon (055-257-47-90) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.