CƏMİYYƏT


Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Sentyabrın 13-də Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Sumqayıtda bu şəhərdən və Xızı rayonundan olan vətəndaşların qəbulunu keçirib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, qəbulda 12 vətəndaş iştirak edib.

Müraciətlər əsasən Gənclər evinin, Olimpiya İdman komplekslərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, idman qurğularına avadanlığın verilməsi, işlə təminat, fəxri adın və məşqçilik dərəcəsinin verilməsi ilə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib, bir qismi isə baxılması üçün icraya yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.