CƏMİYYƏT


“Gənclər və elektron hökumət” adlı təlimə yenidən qeydiyyat başlayıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabr 29-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzində “Gənclər və elektron hökumət” adlı təlim keçiriləcək.

Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildirilib ki, təlimdə “Elektron hökumət” portalı (www.e-gov.az), dövlət elektron xidmətləri, elektron sənəd və imza, elektron vergi xidmətləri və s. barədə məlumatlar veriləcək. Məqsəd “Elektron hökumət” həllərinin istifadəsi haqqında gənclər təşkilatlarının nümayəndələrini məlumatlandırmaqdır. Təlimləri uğurla başa vuran təşkilatlara elektron imzalar təqdim olunacaq.

Belə təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.