İDMAN


Gənclər və idman naziri Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, federasiya ilə tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Daha sonra nazir F.Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Güləş Federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.