CƏMİYYƏT
Gənclərimiz ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər
Bakı, 13 avqust, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının Gənclər Birliyi Beynəlxalq Gənclər Gününə həsr olunan tədbir keçirib. Bu barədə AZƏRTAC-a YAP Nəsimi Rayon Təşkilatından məlumat verilib.
Milli Məclisin deputatı, YAP Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü Azər Süleymanov və Gənclər Birliyinin fəalları tədbirdə iştirak ediblər.
Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdikləri, ölkə rəhbərliyinin daxili və xarici siyasətinin gənclər tərəfindən dəstəkləndiyi vurğulanıb. Qeyd edilib ki, son zamanlar sosial şəbəkələrdə ölkəmizin dinamik inkişafını, regionun lider dövlətinə çevrilməsini, beynəlxalq səviyyədə artan nüfuzunu, insanların sosial rifahının yaxşılaşmasını bəzi xarici siyasi dairələr qısqanclıqla qarşılayır və düşmən mövqeyindən çıxış edirlər. Odur ki, Azərbaycan gənclərinin bu qüvvələrə qarşı səfərbər olmaları vacibdir.
Görüşdə gənclərin təklifləri dinlənilib və qarşıda duran vəzifələr, reallaşdırılması nəzərdə tutulan müxtəlif layihələr müzakirə olunub.