İQTİSADİYYAT


“Gilan” Tekstil Parkı istehsal müəssisələri üçün kadrları özü yetişdirəcəkdir

Bakı, 4 iyul (AZƏRTAC). “Gilan” Tekstil Parkı fabrik və digər istehsal müəssisələrini kadrlarla özü təmin edəcəkdir.

Parkın istehsalat rəhbəri Ramil Məhərrəmov AZƏRTAC-a bu haqda məlumat verərək demişdir: “Əvvəllər lazımi iş icraçılarını Avropa ölkələrində hazırlatdırırdıq. Bu, çətinliklə başa gələn bir prosesdir. İstehsal sahələrimiz genişləndikcə işçilərimizin sayı da artır. Perspektivdə minlərlə mütəxəssisə ehtiyac yaranacaqdır. Ona görə də belə qərara gəlmişik ki, kadrları özümüz yetişdirək. Bu, həm bizə, həm də xarici ölkəyə gedib, xeyli vaxt itirən adamlara sərfəlidir”.

R.Məhərrəmov bildirmişdir ki, bu məqsədlə parkda Tədris Mərkəzi yaradılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.