İDMAN


Gimnastlarımız Minskdə təşkil olunacaq ikinci Avropa Oyunlarına lisenziya qazanmaq şansı əldə ediblər

Bakı, 13 aprel, AZƏRTAC

Polşanın Şçeçin şəhərində artıq bir neçə gündür idman gimnastikası üzrə Avropa çempionatı keçirilir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, 38 ölkənin iştirak etdiyi qitə birinciliyində ölkəmizi kişilər arasında Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınların yarışında isə Marina Nekrasova təmsil ediblər.

Çempionatın çoxnövçülük finalına vəsiqə qazanmış millimizin üzvləri İvan və Marina aprelin 12-də keçirilən final mərhələsində öz güclərini sınayıblar. Təmsilçilərimiz müvafiq olaraq, 78.665 xalla 21-ci və 48.465 xalla 23-cü yerdə qərarlaşıblar.

Həmçinin gimnastlarımız bu il Belarusun paytaxtı Minskdə təşkil ediləcək ikinci Avropa Oyunlarına lisenziya əldə etmək şansı da qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.