DÜNYA


“Ginnesin Rekordlar Kitabı”na düşən “çaydan”

Bakı, 4 may, AZƏRTAC

Çində çaydan şəklində hazırlanmış “Wuxi Wanda” sərgi mərkəzi rəsmi olaraq dünyanın ən hündür gil çaydanı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, hündürlüyü 38,8 metr və diametri 50 metr olan bina çərçivənin lazımi əyriliyini təmin edən alüminium təbəqələrlə örtülüb. Bundan əlavə, binanın üç mərtəbəsinin hər biri öz oxu boyunca fırlanır.

“Wuxi Wanda” mərkəzinin ziyarətçiləri sərgi salonlarından başqa, su parkı və burada quraşdırılmış attraksiondan da istifadə edəcəklər.

“The Wanda Group” şirkətinin inşa etdiyi bina 6,4 milyard dollara (40 milyard yuan) başa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.