İDMAN


Globe Soccer Awards-2018: Ronaldu ən yaxşı futbolçu seçildi

Bakı, 3 yanvar, AZƏRTAC

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) 2018-ci il üçün “Globe Soccer Awards”ın mükafatçılarını müəyyən edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu ən yaxşı futbolçu mükafatına layiq görülüb. Portuqaliyalı futbolçu eyni mükafatı beşinci dəfədir alır ki, bu da rekord göstəricidir. Ronaldu, həmçinin ilin ən yaxşı qolu nominasiyasında mükafat qazanıb. Bu, futbolçunun “Real Madrid”in heyətində olarkən UEFA Çempionlar Liqasında “Yuventus”un qapısından keçirdiyi qola görədir.

Mükafatlar bir neçə nominasiyada təqdim edilib. Ən yaxşı məşqçilik karyerası nominasiyasında Rusiya milli komandasının sabiq baş məşqçisi, italiyalı Fabio Kapello qalib olub. İlin ən yaxşı klubu “Atletico Madrid” hesab edilib.

“Yuventus”da işləyən Fabio Parattiçi ən yaxşı idman direktoru seçilib. İlin ən yaxşı agenti nominasiyasında Kriştianu Ronaldunun agenti Jorje Mendeş qalib gəlib.

İlin ən yaxşı karyerası nominasiyasında Fransa millisinin və “Yuventus” klubunun futbolçusu Blez Matuidi, ilin ən yaxşı məşqçisi nominasiyasında isə Fransa millisi ilə çalışan Didye Deşam seçilib.

Mükafatlandırma mərasimi Dubayda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.