CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mitsubishi Airtek” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində-ehtiyat təkər saxlanan hissədə və həmin hissənin sağ və sol ətrafında üzərində “Petarda Blyskowa” yazısı olan 5 min 160 ədəd və üzərində “Corsar” yazısı olan 1500 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.