CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb

Bakı, 30 noyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan qayıdan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı avtomobil saxlanılıb. Şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa söykənəcəyinin arxasında üzərində “Picolla Corsar” yazısı olan 1300 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.