CƏMİYYƏT


Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar

Bakı, 15 noyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub. Şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 7 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və çəkisi 3 qram olan ağ rəngli, psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.