CƏMİYYƏT


Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 23 mart, AZƏRTAC

Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oğurluq etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı mağazadan 210 manat nağd pul və 2000 manat məbləğində tütün, alkoqol və digər məmulatların oğurlanması məlum olub. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, rayon sakini İbrahim Süleymanov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.