REGİONLAR


Goranboyda tikilən Ailə və Uşaqlara Dəstək Mərkəzi bu il istifadəyə veriləcək

Goranboy, 12 mart, Rauf Hacıyev, AZƏRTAC

Goranboyda tikilən Ailə və Uşaqlara Dəstək Mərkəzi bu il istifadəyə veriləcək. Artıq Mərkəz üçün binanın tikintisi başa çatıb. Hazırda binanın daxilində təmir işləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin əsas məqsədi rayonda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onlarda müstəqil həyat bacarıqlarını inkişaf etdirməyə kömək etməkdir.

Bu məqsədlə Mərkəzdə anaların və uşaqların iştirakını nəzərdə tutan məktəbəqədər məşğələlər təşkil ediləcək, xidmətlər göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.