Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Görkəmli sərkərdə Həzi Aslanovun 113 illiyi qeyd olunub VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə tariximizə sonsuz ehtiram və məhəbbətlə yanaşmış, əsrlər boyu yadelli işğalçıların qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarımızın hünər və rəşadətlərini yüksək qiymətləndirmiş, yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri şərəflə, vicdanla davam etdirməyi məsləhət görmüşdür. Dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Hər bir xalq bu yolu keçib. Əgər bu gün hansı bir xalq tarix səhifəsindədirsə, deməli, onun tarixi inkişafında, xalq kimi formalaşmasında özünəməxsus qəhrəmanlıq nümunələri olmuşdur.

Ulu Öndər Azərbaycan sərkərdələri ilə həmişə fəxr etmiş, onların şücaətlərindən qürur duymuşdur. Böyük iftixar hissi keçirmişdir ki, mənsub olduğu xalq dünya sərkərdələrinə, fatehlərinə meydan oxuya biləcək böyük şəxsiyyətlər, igid sərkərdələr yetişdirmişdir.

“Bu, xalqımızın tarixidir. Xalqımızın tarixini heç kim dəyişə bilməz, heç kəsin də haqqı yoxdur ki, tarixdən kimisə silsin, çıxarsın, kimisə salsın... Tarix tarixdir və 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur. Xalqımızın tarixinin parlaq səhifələrindəndir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq”, - deyən dahi lider Heydər Əliyev keçən əsrin sonlarında tariximizin bu səhifələrinə kölgə salmaq istəyənlərə tutarlı cavab verərək İkinci Dünya müharibəsində iştirak edən xalqımızın igid oğullarının üstündən qara xətt çəkmək istəyənlərə layiqli dərs vermişdir.

Ulu Öndərin sevimli qəhrəmanlarından birincisi xalqımızın şanlı oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanov idi. O vaxtlar Heydər Əliyev deyirdi ki, Həzi Aslanov öz qəhrəmanlıq və cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə general, həm də vətənpərvər bir insan. Vətəninə sədaqətlə son nəfəsinədək döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən igid sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsinin proqramına əsasən Birinci Şəhidlər xiyabanında mənalı həyatı və döyüş yolu, eləcə də hərb elminə verdiyi yeniliklər ilə bu gün də aktual olan unudulmaz generalımızın məzarı qarşısında onun 113-cü doğum günü münasibətilə keçirilən mərasimdə səsləndirilib.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, Bakı Qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, veteran təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, generalın ailə üzvlərinin, sənət adamlarının və məktəblilərin iştirak etdiyi mərasimində əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb və Ulu Öndərin sevimli qəhrəmanlarından olan xalqımızın igid oğlunun timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla yad edilib.

Layihənin və Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani qeyd edib ki, 2023-cü ilin mayın 10-da 100 illiyini dövlət səviyyəsində qeyd edəcəyimiz Heydər Əliyev Azərbaycanın sovet dövrü qəhrəmanlarından danışarkən Həzi Aslanovun adını həmişə önə çəkərdi. Unudulmaz qəhrəmanın bütün həyat və döyüş yolu, hətta müəmmalı ölümü barədə də dahi rəhbərin geniş məlumatları var idi. Heydər Əliyev generalın həyat yolu, qəhrəmanlığı və İkinci Dünya müharibəsində xidmətlərini bütün Azərbaycan gənclərinə nümunə göstərərdi. Bu, müstəqillik dövründə Ermənistan silahlı qüvvələri tərəfindən respublikamıza təcavüz olunduğu bir vaxtda Azərbaycan xalqı üçün, Ordumuz üçün, gənclərimiz üçün böyük nümunədir deyərdi.

Ulu Öndər Heydər Əliyev gələcək zabitlərin Həzi Aslanova bənzəmələrini istərdi. Onların da Həzi Aslanov kimi Vətəni sevmələrini, hərbi peşələri mənimsəmələrini arzulayardı. Heydər Əliyev onu da xatırlayardı ki, vaxtilə Stalinqradda müharibəyə həsr olunmuş abidəni ziyarət edərkən orada adları qızıl hərflərlə yazılmış Sovet İttifaqı Qəhrəmanlarının arasında Həzi Aslanovun adını iftixarla ilə oxumuş, hələ o vaxt ürəyi dağa dönmüş, fəxr etmiş və ətrafında olan adamlara sevinclə bildirmişdir ki, baxın, bu abidədə Azərbaycan oğlunun da adı var.

Nəzərə çatdırılıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin iştirakı ilə Azərbaycanda hər il 9 may günü igid sərkərdənin məzarı ziyarət olunar, qarşısına əklil qoyular və buradan Qələbə günü tədbirlərinə start verilərdi. O vaxtlar Heydər Əliyev Sovetlər İttifaqının müxtəlif respublikalarında yaşayan tanınmış marşal və generalları da bu tədbirlərə dəvət edərdi.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov Ulu Öndər Heydər Əliyevdən miras, qəhrəmanlıq ənənələrinin təbliği işinin bu gün də respublikamızda uğurla davam etdirildiyini məmnuniyyət hissi ilə bildirib.

Polkovnik E.Əbilov deyib: “44 günlük Vətən müharibəsindən 9 ay öncə Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncam verməsi heç də təsadüfi deyildi. Həmin Sərəncamda qeyd edilirdi ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Həzi Aslanovunun 110 illiyi ilə bağlı keçirilən bir-birindən maraqlı vətənpərvərlik tədbirləri Vətən müharibəsi dövründə öz bəhrəsini verdi. Azərbaycan tankçıları “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” deyə, hətta tankların üzərinə “Həzi Aslanov” yazaraq döyüş meydanına atıldılar. Düşmən istehkamlarını yararaq ruhumuzun paytaxtı Şuşa şəhərinə doğru irəlilədilər. İndi “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən, yüksək döyüş orden və medalları ilə təltif olunan neçə-neçə igid tankçımız var”.

Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, Birinci Qarabağ müharibəsinin iştirakçısı, istefada olan polkovnik Əzizağa Qəni-zadə diqqətə çatdırıb ki, o hələ Bakı Ümumqoşun Komandanlığı Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alarkən məktəblərində Həzi Aslanova həsr olunan xüsusi guşə var idi. Həzi Aslanovun xatirə əşyaları, o cümlədən çarpayısı da qorunub saxlanardı. Hər gün şəxsi heyətin yoxlanışı zamanı ilk olaraq Həzi Aslanovun adı çəkilər və onun müharibədə qəhrəmanlıqla həlak olduğu cavabı verilərdi. Ayrı-ayrı xalqların nümayəndələrindən olan kursantlar azərbaycanlılara həsəd aparardılar ki, onların belə bir qəhrəmanı var.

Vətən müharibəsi iştirakçısı olan, tankçılar adından çıxış edən gizir Şamil Zeynalov “Bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə Həzi Aslanovun davamçıları var və onlar Müzəffər Ali Baş Komandanın əmrinə hazırdırlar”, - deyib.

Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlarından olan, Həzi Aslanov obrazının mahir ifaçısı İlqar Musayev belə bir şanlı qəhrəmanın obrazını canlandırdığından qürur duyduğunu qeyd edib.

Babasının ad və soyadını şərəflə daşıyan, Birinci Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli polis general-mayoru Həzi Aslanov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Hələ uşaq yaşlarından bu abidə qarşısında dəfələrlə dahi rəhbərlə görüşlərini xatırlayıb. Həmişə olduğu kimi, yenə də xalqımızın böyük oğlu Heydər Əliyevi minnətdarlıqla yada salıb, Aslanovlar ailəsinə dayaq olduğunu bildirib. Polis general-mayoru H.Aslanov deyib: “Həmişə qədirbilən xalqımızdan və dövlət rəhbərlərimizdən böyük diqqət görmüşük. Ancaq Ümummilli Liderin Həzi Aslanova və onun şəxsiyyətinə, qəhrəmanlığına münasibəti bambaşqa idi. Bu gün də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən də bu diqqəti görür və çox yüksək dəyərləndiririk. Pandemiyanın tüğyan etdiyi bir vaxtda Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə babamızın məzarını ziyarət etməsini unutmaqmı olar?! Yaxud da keçən il yağışlı bir may səhərində Müzəffər Ali Baş Komandanımızın bu müqəddəs məkana gələrək Həzi Aslanovun məzarını ziyarət etməsi, önünə gül dəstəsi qoyması, xatirəsini ehtiramla yad etməsi təkcə bizim babamıza deyil, eyni zamanda, İkinci Dünya müharibəsində həlak olan, müharibədən qayıdıb sonralar vəfat edən qəhrəman ata-babalarımızın xatirəsinə hörmətdir. Hörmətin, ehtiramın təcəssümüdür. Aslanovlar ailəsi bundan sonra da Heydər Əliyev ideyalarına həmişə sadiq qalacaq, möhtərəm Prezidentimizin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, göstərilən ali, yüksək etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlar”.

Qəhrəmanlığın rəmzinə çevrilən Həzi Aslanovun ad günü münasibətilə keçirilən mərasimində görkəmli sərkərdənin nəvələri tədbir iştirakçılarının suallarını cavablandırıb, onlarla səmimi söhbət edib, məktəblilər vətənpərvərlik şeirləri söyləyiblər.

Xətai rayonu Həzi Aslanov qəsəbəsində general Həzi Aslanovun abidəsi də ziyarət olunub. Qəhrəmanın abidəsi qarşısında Azərbaycan Ordusunun zabit və kursantları Həzi Aslanovun nəvələri polis general-mayoru Həzi Aslanov və polis polkovnik-leytenantı Emin Aslanov ilə görüşüb, onların xatirələrini maraqla dinləyiblər.

“Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş vətənpərvərlik tədbirləri həftəsi davam edir.

Görkəmli sərkərdə Həzi Aslanovun 113 illiyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib