CƏMİYYƏT


Göyçay Rayon Mərkəzi Xəstəxanasında qazilər üçün növbəti tibbi aksiya keçirilib

Bakı, 25 may, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya Göyçay Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, baş tutan müayinələrə Göyçay rayonu ilə yanaşı Ağdaş, Ucar və Zərdab rayonlarından qeyd edilən həssas kateqoriyaya aid vətəndaşlar da cəlb olunub.

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən aparılan müayinələr 300-ə yaxın şəxsi əhatə edib. Müayinələrin nəticələrinə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub və zəruri dərman vasitələri ilə təmin ediliblər.

Layihə çərçivəsində, həmçinin xəstəlik aşkarlanan şəxslərin tam müayinələrdən keçmələri, müalicə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək veriləcək. Sağlamlıq vəziyyəti ağır olan bir qrup şəxsin isə ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsi nəzərdə tutulur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.