CƏMİYYƏT


Göyçay rayonunda ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb

Bakı, 5 dekabr, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı ictimai yerdə aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon sakini Sərxan Abdurəhimovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib. Həmin şəxs polis əməkdaşları tərəfindən şəhər ərazisində aşkarlanıb. S.Abdurəhimovla izahedici söhbətlər aparılıb və o, yaşadığı ünvana geri qaytarılıb.

Hazırda onun barəsində Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.