REGİONLAR
Göyçayda 16 yaşlı oğlan 53 yaşlı kişini bıçaqlayaraq öldürüb VİDEO
Göyçay, 10 sentyabr, AZƏRTAC
Göyçayda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zamanı şəhərin Xaqani küçəsində yaşayan 1968-ci il təvəllüdlü Əli Əlibala oğlu Əliyevi bıçaqlayıb. Ürək, qara ciyər və çənə nahiyyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb. Hadisəni törədən İsmayıl Babazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [20:37]
Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib
- 10.05.2024 [19:33]
Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb
- 10.05.2024 [19:27]
Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir
- 10.05.2024 [19:26]
Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb
- 10.05.2024 [19:19]
Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib
- 10.05.2024 [19:07]