REGİONLAR


Göyçayda bağbanlar nar yığımına başlayıblar

Göyçay, 5 oktyabr, AZƏRTAC

Göyçayda faraş nar yığımına başlanıb, qısa vaxtda bağlardan 58 ton məhsul tədarük olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərilən məhsul yerli və xarici bazarlara çıxarılır, qalan məhsul isə emal müəssisələrinə satılır. Cari mövsümdə rayonun nar bağlarında, xüsusilə daha çox bağları olan Bığır, Qarabaqqal, Alxasava ərazi dairələrində bol məhsul yetişdirilib.

Qeyd edək ki, narçılıq Göyçayda təsərrüfatın ənənəvi sahəsidir. Hazırda rayonda 3340 hektar nar bağı var ki, bunun da 3301 hektarı bar verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.