REGİONLAR


Güləş və Boks federasiyalarının yetirmələri Ağbulaq İstirahət Mərkəzində olublar

Şahbuz, 22 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə muxtar respublikanın Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqı Şurası, muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları tərəfindən Ağbulaq İstirahət Mərkəzində idmançıların “Yay məktəbi” təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin budəfəki qonaqları Güləş və Boks federasiyalarının 60 idmançısı olub. Naxçıvan şəhərindən avtobusla yola düşən idmançılar Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıqdan sonra proqrama uyğun olaraq müxtəlif stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat, dama kimi zehni oyunlarda da idmançılar qüvvələrin sınayıblar. Müxtəlif əyləncəli oyunlarda iştirak edən idmançılar sonra vətənpərvərlik mövzusunda filmə baxıblar.

Növbəti günə səhər gimnastikası ilə başlayan federasiyaların yetirmələri proqrama uyğun olaraq müxtəlif idman yarışlarında qüvvələrini sınayıblar. Mərkəzin stadionunda keçirilən mini-futbol yarışı daha çox marağa səbəb olub. Bununla yanaşı, idmançılar voleybol, dama kimi idman növlərində də öz güclərini sınayıblar.

Növbəti – üçüncü gün idmançıların Şahbuz Dövlət Təbiət Qoruğunda gəzintisi təşkil edilib. İdmançıların Ağbulaq İstirahət Mərkəzinə səfəri maraqlı və yaddaqalan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.