İDMAN


Güləşçilərimiz Bakıda və Ankarada təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 12 may, AZƏRTAC

Güləş üzrə böyüklərdən ibarət yığma komandalarımız növbəti təlim-məşq toplanışına start verib.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatından sonra bərpa prosesini başa vuran sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz təlim-məşq toplanışına başlayıb.

Sərbəst güləşçilər baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında geniş tərkibdə Bakıda məşq keçirlər. Olimpiya Güləş Mərkəzində təşkil olunan təlim-məşq toplanışında İsveçrə, Estoniya və Latviya yığma komandalarının üzvləri də iştirak edirlər. Əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər mayın 25-dək davam edəcək. Növbəti toplanışda taktiki-texniki çalışmalara üstünlük veriləcək.

Yunan-Roma güləşi üzrə millimiz isə ölkə xaricinə yollanıb. Komandamız mayın 8-dən Ankarada Türkiyənin müvafiq yığması ilə birgə təlim-məşq toplanışı keçir. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 13 güləşçi hazırlıq prosesində iştirak edir. Mayın 27-dək davam edəcək toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər nəzərdə tutulub.

Qeyd edək ki, təlim-məşq toplanışları avqustda Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına və sentyabrda Serbiyada baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.