Güləşçilərimiz növbəti təlim-məşq toplanışına başlayıblar
AzerTAg.az
Bakı, 15 avqust, AZƏRTAC
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. İlin ən vacib yarışı olan dünya çempionatı Olimpiadaya lisenziya xarakteri daşıyır.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, güləşçilərimiz mundiala intensiv şəkildə hazırlığı davam etdirirlər. Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığması ilə birgə Sarıyer şəhərində hazırlıq keçir.

Xəbərin mətnində orfoqrafik səhv var