İDMAN


Güləşçimiz Mariya Stadnik “Poland Open” turnirinin qalibi olub

Bakı, 10 iyun, AZƏRTAC

Güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Həlledici görüşdə Ukrayna idmançısı Oksana Livaçı üstələyən M.Stadnik turnirin qızıl medalına sahib olub.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.