İDMAN


Güllə atıcılarımız Polşada iki qızıl medal qazanıblar

Bakı, 28 noyabr, AZƏRTAC

Polşanın Belostok şəhərində güllə atıcılığı üzrə açıq turnirdə Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova uğurla çıxış edərək qızıl medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, yığma komandamızın üzvləri 10 metr məsafəyə atəşaçma yarışlarında iştirak ediblər. Belə ki, R.Lunyov kişilər arasında 584, N.Nəsirova qadınların mübarizəsində 578 xalla birinci olublar.

Qeyd edək ki, R.Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.