Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gülnarə İsmayılova: Sosial sahibkarlıq qeyri-neft sektorunun inkişafına birbaşa dəstəkdir

Bakı, 6 avqust, AZƏRTAC 

Təhsil sahəsində ixtisaslaşan “Education HUB” platformasının həmtəsisçisi olaraq uzun illər ölkəmizdə, eləcə də Azərbaycandan kənarda beynəlxalq təşkilatlarda insan resursları meneceri və layihə rəhbəri kimi fəaliyyət göstərməklə, təhsil layihələri sahəsində mövcud olan uğurlar və incəlikləri görmək imkanı əldə etmişəm. İstər beynəlxalq təşkilatlarda fəaliyyət göstərərkən, istərsə də həyata keçirilən təhsil layihələrində həmişə düşündürən və ruhlandıran amillərdən ən əsası insanların sahib olduğu sosial dəyərlərə verdiyi qiymətdir.

Bunu “Education HUB”un proqram meneceri Gülnarə İsmayılova AZƏRTAC-a müsahibəsində deyib.

Beş il əvvəl - 2015-ci ildə ictimai sektorda yaranmış durğunluğun bu dəyərlərin həyata keçməsi üçün münbit şərait yaratdığını vurğulayan Gülnarə İsmayılova bildirib: “Oxşar məramlı, lakin fərqli təcrübəyə sahib üç peşəkar xanımla birgə “Education HUB” adlı sosial sahibkarlıq və vətəndaş təhsili platformasını yaratmağı qərara aldıq. Beləliklə, korporativ mühitdən ayrılma qərarından sonra yenidən məhz həmin dəyərlərin arxasınca gedəsi olduq. “Education HUB” qeyri-formal təhsil vasitələrindən istifadə edərək Bakıda və bölgələrdə, xüsusilə ucqar kəndlərdə yaşayan yüzlərlə gənc arasında maarifləndirmə işi aparmaqla onların müxtəlif proqramlarda iştirakına nail oldu. Bir sözlə, “Education HUB”ın məqsəd və missiyası gəncləri gündəlik həyatımızda mövcud olan sosial-iqtisadi problemlərin həlli məsələlərinə cəlb etməklə onların təşəbbüskarlığını artırmaq və innovativ düşünmək tərzini inkişaf etdirməkdən ibarətdir.

2016-cı ildə Beyrutda çalışarkən Livan sosial startaplarının aztəminatlı insanlar üçün yüzlərlə iş yeri yaratdığının şahidi oldum. Bu məkanlar iş yeri olmaqla bərabər, eyni zamanda, Livanın ən aktual sosial və ekoloji problemlərini həll edirdi. Bu isə sosial biznesin cəmiyyətə verə biləcəyi müsbət amillərdən biridir desək yanılmarıq. Bakıya qayıtdıqdan sonra bu sahədə fəaliyyətlərimizi daha da genişləndirdik. Avropa İttifaqının təbirincə desək, “Sosial sahibkarlıq - sosial problemlərin həllinə biznes yanaşmasıdır”. Bu təşkilatların əsas fəaliyyəti sosial, ətraf mühit və icma ilə əlaqədar məsələlərə investisiya yatırmaq məqsədi daşıyır”.

Beynəlxalq “Impact Hub” təşkilatının Berlindəki ofisində çalışarkən Avropadakı təcrübəni yaxından öyrənmək imkanı əldə etdiyini diqqətə çatdıran Gülnarə xanım bu barədə fikirlərini bölüşərək deyib: “Həmin təşkilatda tanış olduğum yerli işçilərdən “vətəndaşlar niyə məhz sosial sahəyə xüsusi maraq göstərirlər?” sualına aldığım cavab məni xeyli düşündürdü. Onlar yekdilliklə qeyd edirdilər ki, indiyə qədər qazanılmış inkişafı sabit şəkildə saxlamaq artıq bizim ortaya qoyduğumuz zəhmətdən asılıdır. Məhz bu yanaşmadan ilhamlanaraq həyata keçirilən layihələrdə gənclərimiz arasında Avropa təcrübəsini təbliğ edir və ölkəmizin inkişafına bu cür töhfə verə biləcəyimizi onlara aşılamağa çalışırıq. Ənənəvi sahibkarlıqda bazar mexanizmlərinə əsaslanan işgüzar fəaliyyət nəzərdə tutulduğu, sahibkarın məqsədinin maksimum gəlir əldə etmək olduğu halda, sosial sahibkarlıqda kommersiya tələbatlarının deyil, sosial problemlərin həlli ilə məşğul olunur. Bu, iki istiqamətin fərqli cəhətləridir. Ənənəvi sahibkarlıq qurumlarından fərqli olaraq sosial sahibkarlar cəmiyyətə daha çox töhfə vermək arzusu ilə motivasiya olunurlar. Kommersiya təşkilatlarından və ya dövlət qurumlarından fərqli olaraq sosial sahibkarlığın özünəməxsusluğu sosial əhəmiyyətli problemlərin sadəcə həlli deyil, həmin həll yolunun unikal və yenilikçi olmasıdır. Odur ki, sosial sahibkarlıq sosial problemləri həll etmək və sosial dəyişikliklərə gətirib çıxarmaq məqsədi daşıyan innovativ fəaliyyətdir.

Gülnarə İsmayılova qeyd edib ki, sosial sahibkarlığı aşağıdakı kimi xarakterizə etmək olar. Qarşıya qoyulan məqsədə nail olmaq üçün sahibkar vəziyyəti fərqli bucaqdan görmək qabiliyyətinə malik olmalı, mövcud resurslardan səmərəli istifadə etməklə yeni imkanlardan yararlanmalıdır. Sosial sahibkarlıq Azərbaycanda yeni sahə olmasına baxmayaraq, “Education HUB” ın ekspertləri tərəfindən beynəlxalq təcrübə öyrənilərək onun ölkəmizdə tətbiqi araşdırılıb. Artıq bir neçə ildir ki, platformanın mütəxəssisləri sosial sahibkarlıq təlimlərinin tədrisi ilə məşğul olurlar. Ekspertlər tərəfindən “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanaraq, təkliflər toplusu Milli Məclisə və İqtisadiyyat Nazirliyinə təqdim olunub. Əsas məqsəd qanunvericilikdə “Sosial sahibkarlıq” anlayışının hüquqi baxımdan təsbit olunması və sosial sahibkarlıq müəssisələrinin fəaliyyətinin qanunvericiliklə tənzimlənməsidir.

Müxtəlif yerli və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edən “Education HUB” sosial sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurumlar və təşəbbüslər arasında şəbəkə rolunu oynayaraq, vaxtaşırı müzakirələr, görüşlər təşkil edir, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mübadilə səfərləri həyata keçirir. Hər il platforma tərəfindən “Təcrübə Klinikası” adlanan silsilə tədbirlər baş tutur. Bu tədbirlərə dövlət, özəl sektor və fərdi sahibkarlar dəvət olunaraq, sosial sahibkarlıqla məşğul olmaq arzusunda olan gənclərə öz təcrübələrini paylaşmaqla dəstək göstərirlər.

“Sevindirici haldır ki, 2019-cu ilin mayında “Education HUB” və tərəfdaşımız olan Azərbaycan Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk Sosial Sahibkarlıq Forumu keçirilib. Forum bir daha bu sahənin inkişafı üçün ictimaiyyətin maarifləndirilməsinə, qanunvericilik bazasının hazırlanmasına, bu sahəyə dair xüsusi institutların yaradılmasına xüsusi ehtiyac olduğunu ortaya çıxarmış oldu.

Görülən işlərin nəticəsi kimi, 2019-cu ilin payızında Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Təlim Fondu tərəfindən keçirilən “Avropa İttifaqı Peşə Bacarıqları Həftəsi”ndə ölkəmizdə sosial sahibkarlıq üzrə təhsil sahəsində əldə edilən uğurlara görə “Education HUB” beynəlxalq mükafata layiq görüldü. Tam əminliklə demək olar ki, sosial sahibkarlıq yaşadığımız cəmiyyətdəki problemlərin həllində açar rolu oynamaqla yanaşı, ölkəyə yeni investisiyaların cəlb olunmasına imkan yaratmaq, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafına bilavasitə təsir etmək gücünə malikdir”, - deyə Gülnarə İsmayılova vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır