CƏMİYYƏT


Gün ərzində Azərbaycanda koronavirus infeksiyasına qarşı 10 min 814 doza vaksin vurulub

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 10 min 814 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4192, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6622 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 423 min 295-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 939 min 98, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 484 min 197 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.