İQTİSADİYYAT


“Günəşli” yatağında daha bir quyunun tikintisi yekunlaşıb

Bakı, 2 oktyabr, AZƏRTAC

SOCAR AQŞ “Günəşli” yatağındakı 7 nömrəli stasionar dəniz özülündə daha bir quyunun tikintisini başa çatdırıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, SOCAR AQŞ 7 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 2790 metr olan 325 saylı quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR AQŞ hazırda dayaz sulu “Günəşli” yatağında yerləşən 7 və 11 nömrəli, “Qərbi Abşeron” yatağının 10 nömrəli, “Ümid” yatağının 1 nömrəli və “Bulla” yatağında 6 nömrəli dəniz stasionar özüllərində (DSÖ) qazma işləri aparır.

SOCAR AQŞ-nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.