DÜNYA


Gürcüstan MSK: “Səslərin 97 faizi hesablanıb, Salome Zurabişvili liderdir” YENİLƏNİB

Tbilisi, 29 noyabr, AZƏRTAC

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turun ilkin nəticələrini açıqlayıb.

MSK-nın məlumatına görə, seçki məntəqələri saat 20:00-da bağlanıb və bundan sonra səslərin hesablanmasına başlanılıb. Ölkə üzrə 3705 məntəqədən daxil olan bülletenlərin 97 faizi sayılıb.

Hesablanmış 97 faiz səsin nəticələrində görə, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili 59,6 faiz, “Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze isə 40,4 faiz səs toplayıb.

Bildirilir ki, Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 766 min seçici dəstəkləyib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.