DÜNYA


Gürcüstan dövlətçilik tarixində ilk dəfə Almaniya ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq edəcək

Tbilisi, 26 noyabr, AZƏRTAC

Gürcüstan dövlətçilik tarixində ilk dəfə Almaniya ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Berlində “Gürcüstan Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında” müqavilə imzalanacaq. Gürcüstan müdafiə naziri Levan Ozoria bu məqsədlə artıq Almaniyaya yola düşüb.

Bundan başqa, L.İzoria Almaniya silahlı qüvvələrinin baş qərargah rəisi və parlamentin müdafiə komitəsinin üzvləri ilə də görüşlər keçirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.