DÜNYA


Gürcüstan hökuməti Türkiyəyə yardım etməyə hazırdır

Gürcüstan hökuməti Türkiyəyə yardım etməyə hazırdır

Tbilisi, 6 fevral, AZƏRTAC

Gürcüstan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə yardım etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter səhifəsində yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə hökumətinə və xalqına və zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verir, bütün yaralılara şəfa diləyirəm. Gürcüstan bu çətin gündə Türk xalqının yanındadır. Biz fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi yardım göstərməyə hazırıq”, - deyə Qaribaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.