SİYASƏT
Gürcüstan mətbuatında “TEKNOFEST Azərbaycan” festivalı barədə silsilə materiallar dərc edilib
Tbilisi, 29 may, AZƏRTAC
Gürcüstanın aparıcı informasiya portalları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı, Azərbaycan və Türkiyə prezidentlərinin bu tədbirdə iştirakı barədə silsilə materiallar dərc edib.
AZƏRTAC xəbər verir ki, “gaxa.ge”, “24news.ge”, “aktual.ge” informasiya portallarında Türkiyə Prezidentinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü, eləcə də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı barədə oxuculara məlumatlar çatdırılıb.
Azərbaycan, rus, ingilis və gürcü dillərində yayılan xəbərlərdə “TEKNOFEST Azərbaycan” festivalının əhəmiyyəti, regional proseslər barədə hər iki ölkənin dövlət başçılarının fikirləri yer alıb.
Materiallarda “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi yüksək qiymətləndirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi