SİYASƏT


Gürcüstan müsəlmanlarının dini liderləri Tehrandakı terror aktını hiddətlə pisləyib

Gürcüstan müsəlmanlarının dini liderləri Tehrandakı terror aktını hiddətlə pisləyib

Bakı, 28 yanvar, AZƏRTAC

Gürcüstandakı müsəlmanların dini liderləri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin adından yayılmış bəyanatda bildirilib. “Hadisə zamanı şəhid olan təhlükəsizlik xidməti əməkdaşına Allahdan rəhmət diləyirik! Şəhid zabitin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədən və ya törədənlər tez zamanda məsuliyyətə cəlb olunaraq ən sərt şəkildə cəzalandırılmalıdır”, - deyə bəyanatda qeyd olunub.

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Seyid Mirtaği Əsədov və Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Fariz Rəcəbov Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı edilmiş terror hadisəsini kəskin şəkildə qınayaraq səbəbkarların cəzalanmasını tələb edib, şəhid olmuş səfirlik əməkdaşına Allahdan rəhmət diləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.