Gürcüstan parlamenti sədrinin müavinlərindən dördü ixtisar olunub
AzerTAg.az
Tbilisi, 2 iyul, AZƏRTAC
Gürcüstan parlamenti sədrinin 9 müavinindən 4-ü ixtisar olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar parlamentin reqlamenti ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib.
Yeni qanunla parlament sədrinin birinci müavini vəzifəsinə sədrin irəli sürdüyü namizəd seçiləcək.
Qalan 4 müavinin 2-si parlament çoxluğunun, 2-si isə müxalifət partiyalarının namizədləri sırasından seçiləcək.
Bundan başqa, parlamentin rəhbər strukturlarının vəzifələrində də dəyişikliklər edilib.
Belə ki, yeni qanuna əsasən nə parlament çoxluğunun lideri, nə də ləğv olunmuş azlıq fraksiyalarının liderləri parlamentdə vəzifə daşımayacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin mətnində orfoqrafik səhv var