CƏMİYYƏT
“Gürcüstan” qəzetində AZƏRTAC-ın xüsusi müxbirinin “Yeni əsrin müqaviləsi” barədə məqaləsi dərc olunub
Tbilisi, 26 sentyabr, AZƏRTAC
“Gürcüstan” qəzetində AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun “Yeni əsrin müqaviləsi” bir regionun deyil, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq” adlı məqaləsi dərc olunub.
Məqalədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında əldə olunan uğurlardan, neft strategiyasının əhəmiyyətindən, “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 il ərzində Azərbaycanın qazandığı nailiyyətlərdən söz açılır, ölkəmizin dünyada söz sahibinə, etibarlı, strateji tərəfdaşa çevrildiyi qeyd olunur. Məqalədə Azərbaycanın və Gürcüstanın iştirakı ilə həyata keçirilən müqavilələrdən, bu iki ölkənin regionda və dünyada artan nüfuzundan bəhs edilir.
Müəllif “Yeni əsrin müqaviləsi”nin əhəmiyyətindən söhbət açır, bu sazişin təkcə Azərbaycanın deyil, regionun inkişafında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırır.