DÜNYA


Gürcüstanda COVID-19- a yoluxanların sayı 100 mini keçib

Tbilisi, 21 noyabr, AZƏRTAC

Gürcüstanda son sutka ərzində daha 3 min 824 nəfərə koronavirus diaqnozu qoyulub. Koronavirusdan müalicə olunan 3 851 nəfər sağalıb, 33 pasiyent isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 100 min 684-ə, onlardan 81 min 783-ü sağalıb, 927 xəstə isə pandemiyanın qurbanı olub.

Hazırda 2 128 nəfər karantin rejimində, 5976 nəfər stasionar nəzarətdə saxlanılır.

Xəstəliyi simptomsuz keçirən 3 445 nəfər xüsusi otellərdə müalicə alır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.