CƏMİYYƏT


Gürcüstanda daha bir koronavirusa yoluxma halı qeydə alınıb

Tbilisi, 28 fevral, AZƏRTAC

Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Koronavirus İtaliyadan qayıdan Gürcüstan vətəndaşında təsdiq olunub. O, Kutaisi aeroportunda müayinədən keçib.

Mərkəz rəhbəri həmin şəxsin hazırkı vəziyyətinin qənaətbəxş olduğunu qeyd edib.

Bu gün Gürcüstanda koronavirusa yoluxmuş iki nəfər var. Yüksək hərarətlə sərhəd-keçid məntəqələrindən karantinə yerləşdirilən şəxslərin sayı isə 20 nəfərdən çoxdur.

Onlarda hələlik koronavirus aşkarlanmayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.